Modern.az

Qazaxda narkokuryer tutuldu

Qazaxda narkokuryer tutuldu

Aktual

30 Noyabr 2024, 09:37

Qazaxda narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan  Modern.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Xəyal Rəhimov saxlanılıb. Ondan ümumilikdə 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.

Araşdırmalarla müəyyən edilib ki, X. Rəhimov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayonu ərazisində gizlədilən narkotikləri satış məqsədi ilə əldə edib.

Saxlanılan şəxs kuryer fəaliyyətini maddi qazanc müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi