Modern.az

653 uşaq ailəsinə geri qaytarılıb

653 uşaq ailəsinə geri qaytarılıb

Aktual

5 Dekabr 2024, 14:40

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində ötən dövrdə 653 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışı təmin olunub.

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, uşaqların həmin müəssisələrinə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı Ailə İnkişaf Planları əsasında sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.

Qeyd olunan işlərin nəticəsi olaraq 536 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı