Modern.az

Suriya ordusu Hələbi kürd terrorçulardan təmizlədi

Suriya ordusu Hələbi kürd terrorçulardan təmizlədi

Dünya

10 Yanvar 2026, 12:33

Suriya ordusu Hələbdə YPG/SDG terror təşkilatı tərəfindən işğal edilən sonuncu məhəllənin azad edildiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Suriya ordusunun açıqlamasında bildirlib.

Hələbin Şeyx Məqsud məhəlləsində YPG/SDG terror təşkilatına qarşı həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Ordudan verilən açıqlamada şəhərə tam nəzarətin qurulduğu bildirilib.

Lakin əhali arasında gizlənən terrorçu ünsürlərin mövcudluğunun davam etdiyini nəzərə alaraq, mülki şəxslərə evlərində qalmaları və çölə çıxmamaları tövsiyə edilib.

Açıqlamada deyilir: “Mülki əhalimizi evlərində qalmağa və çölə çıxmamağa çağırırıq. Çünki SDG və PKK terror təşkilatlarının ünsürləri xalq arasında gizlənir”.

İordaniya və ABŞ YPG/SDF terror təşkilatının Hələbdən dinc yolla çıxarılması və Suriyanın cənubundakı Suveyda əyalətindəki böhrana son qoyulması səylərini dəstəklədiklərini açıqlayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV