Modern.az

Hazırda Bakı və Abşeronda yağış yağır - Faktiki hava

Hazırda Bakı və Abşeronda yağış yağır - Faktiki hava

Aktual

7 Dekabr 2024, 10:14

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si saat 10:00-a olan məlumatına əsasən arabir yağış yağıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, düşən yağıntının miqdarı 3 mm-dək olub.

"Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, 7-si axşam saatıarından 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib", - deyə məlumatda bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi