Modern.az

Turistləri daşıyan helikopterin qalıqları tapıldı

Turistləri daşıyan helikopterin qalıqları tapıldı

Dünya

20 Yanvar 2026, 18:21

Yaponiyanın Kumamoto prefekturasındakı Aso dağı üzərində uçuş edərkən radarlardan itən ekskursiya helikopterinə aid olduğu güman edilən qalıqların yeri müəyyən edilib.

Modern.az Yaponiya mediasına istinadla xəbər verir ki, göyərtəsində pilot və 2 turistin olduğu R44 helikopteri səhər saatlarında radarlardan itib. Axtarış işlərinin gedişində helikopterin qalıqları təxminən 4 saat sonra aşkarlansa da, pilot və sərnişinlər hələ də tapılmayıb.

Ekskursiya şirkətindən verilən məlumata görə, həmin helikopter radarlardan itməzdən əvvəl gün ərzində 2 uçuş yerinə yetirib və heç bir texniki nasazlıq olmayıb. Pilot isə 40 illik uçuş təcrübəsinə malik olub. Bununla belə, səhər saatlarında havanın buludlu olduğu bildirilir.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır