Modern.az

Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib - Nazir müavini

Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib - Nazir müavini

Aktual

10 Dekabr 2024, 10:46

Azərbaycan torpağı olan Qarabağın Ermənistanın bir hissəsi adlandırılması onların milli ideologiyasıdır, halbuki Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfransda söyləyib.

Onun sözlərinə görə, Ermənistanın davranışları Alma-Ata Bəyannaməsinə ziddir. Ermənistan Konstitusiyasında dəyişiklik etməməklə bərabər, reallıqları da təhrif edir.

“Müzakirələrdə Qarabağın Azərbaycanın bir hissəsi olması barədə suallara Ermənistan tərəfi cavab verə bilmir. Çünki ölkəmizə qarşı ərazi iddiaları onların qanunvericiliyində mövcuddur”, - deyə nazir müavini vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum