Modern.az

Tovuzda iki maşın toqquşdu - Yaralanan var

Tovuzda iki maşın toqquşdu - Yaralanan var

Hadisə

30 Dekabr 2025, 17:20

Tovuzda yol-nəqilyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Həzi Aslanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb 

Ağstafa sakini Kənan Salahov idarə etdiyi “Opel” markalı avtomobillə diqqətsizlikdən baş yola çıxarkən hərəkətdə olan “VAZ -2104” markalı avtomobillə toqquşub.

Zərbənin gücündən “Opel” piyda səkisinə çırpılıb. Hadisə nəticəsində “VAZ -2104”  markalı avtomobilin sürücüsü 47 yaşlı rayon sakini Rauf Sadıqov xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...