Modern.az

2 mindən çox insan meymumçiçəyi virusuna yoluxub

2 mindən çox insan meymumçiçəyi virusuna yoluxub

Aktual

10 Dekabr 2024, 13:46

Noyabrın 3-dən dekabrın 1-dək Afrikada 2 mindən çox laboratoriya tərəfindən təsdiqlənmiş meymumçiçəyi virusuna yoluxma halı müəyyən edilib.

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, ən çox virusa yoluxma və ölüm halı bu dövrdə Konqo Demokratik Respublikasında (DRC) qeydə alınıb 

Son bir ayda Anqola meymunçiçəyi xəstəliyinin aşkar edildiyi ölkələr sırasına qoşulub. 2022-ci il yanvarın 1-dən bu il oktyabrın 31-dək dünya üzrə 115 101 təsdiqlənmiş meymunçiçəyi hadisəsi, o cümlədən 255 ölüm halı müəyyən edilib.

Meymunçiçəyi qlobal sağlamlıq fövqəladə halı ilkin olaraq 2022-ci ilin iyulundan 11 may 2023-cü ilə qədər qüvvədə idi. Xəstəliyin azalması səbəbindən fövqəladə vəziyyət ləğv edilib. Lakin bu il avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Afrikada xəstəliyin yayılması ilə əlaqədar yenidən fövqəladə vəziyyət elan edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ