Modern.az

Şəhid qardaşı şəhid bacısı ilə evləndi - FOTOLAR

Şəhid qardaşı şəhid bacısı ilə evləndi - FOTOLAR

Ölkə

10 Dekabr 2024, 15:36

Beyləqan rayonunda bir şəhidin qardaşı digər şəhidin bacısı ilə ailə həyatı qrurub.

Bu barədə Modern.az-a gənclərin toyunda iştirak edən jurnalist Kamil Həmzəoğlu məlumat verib.

Onun sözlərinə görə, evlənənlər Qəhrəmanlı kəndindən antiterror şəhidi Bəruz Rüstəmlinin qardaşı, keçmiş hərbçi Mövlan Rüstəmli ilə Daşburun kəndindən Vətən Müharibəsinin şəhidi Vaqif İsmayılzadənin bacısı Əminə İsmayılovadır.

Noyabrın 15-də cütlüyün nişan mərasimi keçirilib. Bu gün isə qız toyu Beyləqan rayonunun Daşburun kəndindəki "Kənan" şadlıq sarayında baş tutub.

Toyda Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da iştirak edib. 


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum