Modern.az

Mais Bərxudarov amerikalı mütəxəssislərlə görüşdü

Mais Bərxudarov amerikalı mütəxəssislərlə görüşdü

Aktual

16 Dekabr 2025, 23:54

Azərbaycan müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü, Vətən müharibəsinin komandanlarından biri, "Qarabağ" ordenli general-leytenant Mais Bərxudarov ABŞ-dən gəlmiş hərb sahəsi üzrə alimlərlə görüşüb.

 

Modern.az xəbər verir ki, generalla görüşdə iştirak edənlər West Point Hərbi Akademiyasının professoru Con Spenser və onunla birlikdə işləyən başqa bir mütəxəssisdir.

 

Onlar hər ikisi ehtiyatda olan hərbçidir və 2021-ci ildə Şuşaya səfər ediblər.

 

Amerikalı ekspertlər bir neçə aydır Azərbaycana mütəmadi olaraq gəlib-gedirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır