Modern.az

Telefon oğruları saxlanıldı

Telefon oğruları saxlanıldı

25 Dekabr 2024, 14:47

Polis mobil telefon oğurluğunda şübhəli bilinən 3 nəfəri müəyyən edərək saxlayıb

Modern.az xəbər verir ki, metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 20-də bir sərnişinin 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı T.Qarayusifli müəyyən olunaraq saxlanılıb.

Nərimanov rayonu ərazisində yerləşən iaşə obyektində bir nəfərin 3000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 32 yaşlı J.Hüseynova 16-cı Polis Şöbəsinin, Nəsimi rayonu ərazisində isə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı R.Səfərov 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu