Modern.az

Qəzada yaralananların son durumu: 8-i sistemə qoşulub

Qəzada yaralananların son durumu: 8-i sistemə qoşulub

26 Dekabr 2024, 12:12

Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi AZAL-ın qəzaya uğramış təyyarəsindən sağ çıxan yaralıların bugünkü durumu barədə açıqlama verib.

Modern.az xəbər verir ki, Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, 29 yaralıdan 27-si Mangistau regional xəstəxanasına çatdırılıb.

Xəstələr müxtəlif xəsarətlərlə, əsasən qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin qapalı xəsarətləri, travmatik şok kimi çoxsaylı xəsarətlərlə müraciət ediblər.

Dekabrın 26-da səhər saatlarına olan məlumata görə, xəstələrin 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya, 2-si neyrocərrahiyyə, 1-i cərrahiyyə şöbəsindədir.

“2 xəstənin vəziyyəti son dərəcə ağır, 11 nəfərin vəziyyəti ağır, 14 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti qənaətbəxşdir. 11 xəstədən 8-i sistemə qoşulub”, - Səhiyyə Nazirliyinin Mətbuat xidməti bildirib.

Xatırladaq ki, "Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Qazaxıstanın Aktau şəhərində qəza enişi edən təyyarəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb.

Təyyarədəki 37 Azərbaycan vətəndaşından 23-ü həyatını itirib, 14-ü sağdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI