Modern.az

Sədərək-Yerasx dəmir yoluna baxış keçirildi

Sədərək-Yerasx dəmir yoluna baxış keçirildi

Aktual

15 Yanvar 2026, 17:09

Yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirilib.

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin məlumatına görə, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub.

Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!