Modern.az

İran səfiri Rusiya ilə imzalanacaq strateji sənəddən danışdı

İran səfiri Rusiya ilə imzalanacaq strateji sənəddən danışdı

13 Yanvar 2025, 13:26

İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq haqqında saziş 47 maddədən ibarətdir.

Modern.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali prezident Məsud Pezeşkianın  bu həftə Rusiyaya gözlənilən səfəri zamanı imzalanacaq sənədi şərh edərkən bildirib.

Oəyan edib ki,  strateji əməkdaşlıq haqqında saziş ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir.

“Bu müqavilə giriş hissəsi və 47 maddədən ibarətdir. Əgər bu imzalansa və həyata keçirilərsə, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın səviyyəsi xeyli yüksələcək”, - deyə Cəlali qeyd edib.

Bundan əvvəl Rusiya və İran hərtərəfli strateji tərəfdaşlıq sazişi barədə razılığa gəliblər.

Keçən ilin dekabrında İranın Moskvadakı səfiri Kazım Cəlali bildirmişdi ki, İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Rusiya paytaxtına səfər edəcək və səfər zamanı iki ölkə arasında münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında mövcud sənədi əvəz edəcək saziş imzalayacaq.

İran Xarici İşlər Nazirliyi bəyan edib ki, bu müqavilə 1990-cı illərin sonlarında imzalanmış əvvəlki müqavilənin yenilənmiş variantıdır. Sənədlə bağlı razılaşmalar bu ilin yayında yekunlaşıb və imzalanmağa artıq hazırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?