Modern.az

Kəndlərdə kommunal ödənişlər aşağı olmalıdır - TƏKLİF

Kəndlərdə kommunal ödənişlər aşağı olmalıdır - TƏKLİF

Parlament

22 Yanvar 2026, 17:30

Azərbaycanda şəhərlərdə və kəndlərdə yaşayan şəxslərin kommunal xidmətlərə görə ödədiyi vəsaitin məbləğində fərq olmalıdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Eldar İbrahimov bildirib.

"Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhərdə yaşayan adamın işığa, qaza, suya görə ödədiyi pul eynidir. Halbuki, kənddə az olmalıdır, çünki orada yaşayanlar şəhər sakinlərindən fərqli olaraq zavodda işləyib maaş almırlar", - deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu