Modern.az

Nəriman Həsənzadə Bakı Sağlamlıq Mərkəzində əməliyyat olundu - FOTOLAR

Nəriman Həsənzadə Bakı Sağlamlıq Mərkəzində əməliyyat olundu - FOTOLAR

Aktual

15 Yanvar 2025, 12:53

Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Əli-məmməd oğlu Həsənzadə Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub. 

Bu barədə Modern.az-a Mərkəzdən məlumat verilib.

Mərkəzin kardiologiya və kardiocərrahiyyə məsələləri üzrə kordinatoru, həkim kardioloq Fərid Əliyev tərəfindən əməliyyatı uğurla icra olunan Nəriman bəyin hal-hazırda vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.

Xalqımızın sevimli şair, dramaturqu 93 yaşlı pasiyentimiz 12 yanvar axşam saatlarında Mərkəzimizə müraciət edib. Tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator  implantasiyası proseduru icra olunub. Pasiyent bir neçə saatlıq reanimasiya müşayətinin ardından intensiv palataya keçirilib.  

Şeirləri ilə Azərbaycan mədəniyyətinə töhfə verən Nəriman Həsənzadənin vəziyyəti ilə daima yaxından maraqlanan Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun əməliyyat sonrası pasiyent ziyarətindən görüntüləri təqdim edirik:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama