Modern.az

Uşağı sağlam dünyaya gətirən həkimlər mükafatlandırılacaq

Uşağı sağlam dünyaya gətirən həkimlər mükafatlandırılacaq

Aktual

30 Yanvar 2025, 12:16

"Məqsədimiz xidmətlər zərfində olan 35 ilkin tibbi xidməti yaxın 5 ildə 150-yə çatdırmaqdır. Bərdədə tətbiq olunan pilot layihədə bu xidmətlərin sayı 83-ə çatdırılacaq".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.

O bildirib ki, bu il Bərdədə pilot qaydada ana-uşaq sağlamlığı ilə bağlı bonusların verilməsinə başlanılması nəzərdə tutulub: "Bunun üçün həkimlərə motivasiya verilməsi düşünülür. Hamilə qadınların qeydiyyatı, sağlam doğuşunun həyata keçirilməsi üçün həkimlərə bonuslar veriləcək. Bununla bağlı həkimlərə motivasiya verilməsi düşünülür".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub