Modern.az

Müharibə veteranı nadir xəstəliyə tutulub - Köməyə ehtiyacı var

Müharibə veteranı nadir xəstəliyə tutulub - Köməyə ehtiyacı var

Aktual

27 Fevral 2025, 16:14

Tərtər-Ağdərə istiqamətində döyüşlərin iştirakçısı olmuş Nurlan Qasımovun səhhətində ciddi problemlər yaranıb.

Bu barədə Modern.az-a onun atası Gündüz Qasımov məlumat verib.

Məlumata görə, Nurlan Qasımov nadir rast gəlinən və dünyada cəmi 1 faiz insanda aşkarlanan reqneqramozoit infeksiyasına yoluxub.

Onun səhhəti ötən ilin sentyabrın 24-də qəfil pisləşib. Şiddətli öskürəkdən sonra rayondakı Referans Klinikasına aparılıb və burada müalicə alıb. Lakin bir müddət sonra vəziyyəti daha da ağırlaşıb.

Ailəsi Nurlan Qasımovu Ağciyər İnstitutuna aparıb, burada o, 45 gün müalicə olunub. Müxtəlif müayinələrdən sonra ona naməlum mənşəli reqneqramozoit infeksiyası diaqnozu qoyulub. Müalicə məqsədilə müxtəlif klinikalara müraciət olunsa da, xəstəliyin spesifikliyi səbəbindən dəqiq müalicə təyin etmək mümkün olmayıb.

Son olaraq, vəziyyəti ağırlaşan Nurlan Qasımov reanimasiya şöbəsinə yerləşdirilib. Atasının sözlərinə görə, immun sistemi tamamilə zəifləyib və o, yerindən qalxa bilmir. Müalicə prosesi çox bahalı olduğundan ailə maddi çətinliklərlə üzləşib və hazırda onun müalicəsinin davam etdirilməsi üçün dəstəyə ehtiyac var.

"Müalicə edilsə də, uşağın immuniteti 0-a endi. Məcbur  olub  Səhiyyə Nazirliyinə müraciət etdim ki,  mən veteran atasıyam, uşağımın vəziyyəti pisdir, kömək edin. Bahalı bir dərman vardı 25 ampul göndərdilər, zəngimindən sonra. O iynəni vurmaya-vurmaya uşağın günü-gündən ürək döyüntüləri  150-145 oldu. Bədənində o qədər müqavimət olmadı ki, heç yerindən qalxa bilmədi. Məcbur olub kənd camaatının köməyi ilə Demodea xəstəxanasına yerləşdirdim.  6-cı gün 6000 min manat yerləşdirdim, sonra dedilər ki, sizin 1600 manat borcunuz var. Zəng etdim oradan-buradan kənddən 2300 pul toplayıb keçirə bildim. Ancaq artıq xərcləri qarşılaya bilmirəm...”, - Gündüz Qasımov deyib.

Qeyd edək ki, Nurlan Qasımov hazırda "Bona Dea" klinikasında müalicə alır.

Kapital bank hesabı: 5103071407246541

Atasının telefon nömrəsi: 0507131903

1418872

1419398

1418874

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu