Modern.az

Qərbi Azərbaycana Qayıdışda qadınlarımızın rolu... 

Qərbi Azərbaycana Qayıdışda qadınlarımızın rolu... 

2 Mart 2025, 14:06

Qərbi Azərbaycana Qayıdış ideyası, tarixi ədalətin bərpası, milli kimliyimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Prosesdə qadınlarımızın sosial mediada fəal iştirakı mühüm rol oynayır.


 
Möhtərəm, Cənab Prezident İlham Əliyev 24 Dekabr 2022-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana Qayıdışın yol xəritəsini açıqladı. 22 Yanvar 2023-cü ildə sosial mediada "Qərbi Azərbaycana Qayıdışa dəstək qrupu" yaradaraq, biz də bu  platformada vətəndaş mövqeyimizi ortaya qoymağa başladıq.

 

İctimai - siyasi proseslərdə hər zaman fəal rol oynayan Azərbaycan qadınları sosial mediada aktivlik göstərərək Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri ən müxtəlif platformalarda geniş auditoriyaya çatdıra bilərlər. Onların sosial mediada əcdadlarımızın doğma torpaqlarımızda yaşadıqları zaman üzləşdikləri diskriminasiyanı və onun ağır nəticələrini, deportasiya prosesini və Qərbi Azərbaycan torpaqlarındakı izlərimizi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması xüsusi əhəmiyyət kəsb edərdi.

 

Etiraf edək ki, gənclərimiz sosial mediadanın ən fəal istifadəçiləridir. Qadınlarımız bu platformalar vasitəsilə gənclərə də Qərbi Azərbaycan torpaqlarının tarixi, mədəniyyəti haqqında məlumat verməsi onların milli ruhda formalaşmasına ciddi   təsir göstərərdi. 

 

Qadınlarımızın, eyni zamanda sosial mediada Qərbi Azərbaycanla bağlı ingilis, rus və digər xarici dillərdə paylaşımlar etməsi bizcə beynəlxalq ictimaiyyətin  məlumantlandırılmasına əhəmiyyətli təsir göstərərdi. Çünki, dünya mediası və beynəlxalq təşkilatlar bir qayda olaraq sosial media vasitəsilə yayılmış məlumatlara  istinad edirlər.

 

Qərbi Azərbaycana Qayıdış ideyasının reallaşması üçün cəmiyyətin bütün təbəqələrinin haqq işimizdə həmrəy olması da olduqca vacibdir və bu baxımdan Azərbaycan xanımlarının sosial mediada maarifləndirici məqalələri ümumilli ideologiyamıza əhəmiyyətli töhfələr verərdi. 

 

Haqq işimizdə və ümummilli məsələlərdə olduğu kimi, Qərbi Azərbaycana ləyaqətli və təhlükəsiz Qayıdış prosesində də əminəm ki, qadınlarımız Möhtərəm Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək və tarixi torpaqlarımıza qayıdışda mühüm rol oynayacaqlar.


Günay Ağamalı

Mili Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının Mətbuat və Sosial Media üzrə İşçi Qrupunun rəhbəri

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU