Modern.az

İranın Ermənistandakı səfiri: Azərbaycanla yaxşı münasibətlərimiz var

İranın Ermənistandakı səfiri: Azərbaycanla yaxşı münasibətlərimiz var

Aktual

3 Aprel 2025, 12:12

Biz Azərbaycanla mövcud əlaqələrimizdən istifadə edərək regionda sülhün bərqərar olması üçün hər şeyi edirik.

Modern.az xəbər verir ki, bunu aprelin 3-də İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani jurnalistlərə bildirib.

O qeyd edib ki, İran regionda militarizasiyaya qarşıdır. Səfir əlavə edib ki, Tehran hadisələri diqqətlə izləyir.

“Bizim Azərbaycanla yaxşı münasibətlərimiz var, Azərbaycan bizim qonşumuzdur”, - deyə o əmin edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi