Modern.az

Qadın işlədiyi gözəllik salonunda öldü

Qadın işlədiyi gözəllik salonunda öldü

Aktual

27 Dekabr 2025, 17:30

Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

Modern.az xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib. Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova işlədiyi gözəllik salonunda ölüb.

İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (Mənbə APA)

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...