Modern.az

İran Azərbaycana nə vaxt yeni səfir göndərəcək? - XİN-dən AÇIQLAMA

İran Azərbaycana nə vaxt yeni səfir göndərəcək? - XİN-dən AÇIQLAMA

Aktual

7 Aprel 2025, 15:08

İran İslam Respublikası tezliklə Azərbaycana yeni səfir təyin edəcək.

Modern.az xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bu gün keçirdiyi mətbuat konfransında bildirib.

İranın Azərbaycandakı səfirinin təyinatı ilə bağlı sualı cavablandıran Bekayi deyib: “Məsələ üzərində iş gedir və tezliklə yekunlaşacağına ümid edirik”.

XİN sözçüsü İran prezideti Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfəri ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

"Prezidentin Azərbaycana səfəri gündəmdədir. Vaxt və təfərrüatlarla bağlı müzakirələr davam edir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyevin ŞOK səs yazısı yayıldı - Görün nələr dedi?!