Modern.az

Komada olan qazi vəfat etdi

Komada olan qazi vəfat etdi

Aktual

19 Yanvar 2026, 16:46

Vətən müharibəsi qazisi Əsgər Hüseynov bu gün Bakıda xəstəxanaların birində vəfat edib.

Modern.az xəbər verir ki, 10 gündür komada olan qazinin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, Ə.Hüseynov 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. O, yanvarın əvvəlində sətəlcəm (pnevmoniya) diaqnozu ilə xəstəxanaya yerləşdirilib və vəziyyətinin daha da ağırlaşması səbəbindən komaya düşüb.

Əsgər Hüseynov bu gün Yeni Suraxanı qəbiristanlığında dəfn olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!