Modern.az

“Müharibə olmayacaq!” - Paşinyan orduya göstəriş verdiyini deyir

“Müharibə olmayacaq!” - Paşinyan orduya göstəriş verdiyini deyir

Aktual

15 Aprel 2025, 13:20

Ermənistanın baş nazirinin sözlərinə görə, eskalasiya və yeni hərbi əməliyyatlar üçün heç bir əsas yoxdur.

Baş naziri Nikol Paşinyan parlamentdəki bugünkü çıxışı zamanı Ermənistan və Azərbaycandakı bütün siyasi qüvvələri mümkün müharibə ilə bağlı bəyanatlar verməkdən çəkinməyə çağırıb.

Modern.az-ın məlumatına görə, Paşinyan vurğulayıb ki, atəşkəs rejiminə ciddi riayət olunması barədə Ermənistan Silahlı Qüvvələrinə göstəriş verib. Baş nazirin sözlərinə görə, İrəvan müvafiq mexanizm yaratmaqla sərhəd insidentlərinin Azərbaycanla birgə araşdırılmasına hazırdır.

Paşinyan mümkün yeni eskalasiya ilə bağlı şayiələrə də toxunub. Onun sözlərinə görə, bunun üçün heç bir əsas yoxdur - Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıyıb, həmçinin güc tətbiqindən imtina ediblər.

"Mən Ermənistan və Azərbaycanda bütün siyasi və ictimai qüvvələri maksimum məsuliyyət nümayiş etdirməyə və sülh gündəminə xələl gətirən bəyanatlar verməməyə çağırıram. Ölkələrimizin xalqları sülhə layiqdir. Müharibə olmayacaq - sülh olacaq", - baş nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?