Modern.az

Konstitusiya Məhkəməsindən yeni qərar

Konstitusiya Məhkəməsindən yeni qərar

Aktual

15 Aprel 2025, 18:17

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

 

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 455.0.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasınn müvafiq maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

 

Sorğu mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 8-nə təyin edilmiş iclasında baxılacaq.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?