İran və ABŞ arasında danışıqların növbəti iki raundu bu həftə Cenevrədə, bir həftə sonra isə Omanda keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
“Növbəti rəsmi danışıqlar Cenevrədə baş tutacaq, ardınca gələn həftəsonu Omanda müntəzəm yüksək səviyyəli diplomatik görüş keçiriləcək”, - nəşr yazır.
Qeyd olunur ki, ən çətin məsələlər İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının saxlanması və ya məhv edilməsi, həmçinin ABŞ-ın iqtisadi sanksiyaların ləğvi ilə bağlı razılaşmanı pozacağı təqdirdə İrana verilə biləcək xarici zəmanətlərdir.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi aprelin 23-də ABŞ-la ekspertlər səviyyəsində danışıqların vasitəçilərlə aparılacağını açıqlamışdı.
Tehran danışıqları konstruktiv və effektiv adlandırıb.