ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun bu həftə Rusiyaya səfər edəcəyi və dövlət başçısı Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Modern.az xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Kerolin Levit jurnalistlərə bildirib.
“Danışıqlar davam edir. Ümid edirik ki, düzgün istiqamətdə hərəkət edirik. Xüsusi elçi Steve Vitkoff bu həftənin sonunda Vladimir Putinlə danışıqları davam etdirmək üçün Rusiyaya səfər edəcək", - o, brifinq zamanı deyib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sonuncu dəfə aprelin 11-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkovu qəbul edib. Onların görüşü Sankt-Peterburqdakı Prezident Kitabxanasının binasında baş tutub. Ukrayna-Rusiya müharibəsilə bağlı aparılan danışıqlar təxminən dörd saat yarım davam edib.