Modern.az

Müşfiqabadda ağacəkmə aksiyası - FOTO

Müşfiqabadda ağacəkmə aksiyası - FOTO

26 Aprel 2025, 12:47

keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların qorunması ilə bağlı tapşırıq və tövsiyələri ilə əlaqədar aprelin 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Baş prokuror Kamran Əliyev, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib.

Tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan Eldar şamı və zeytun ağacları əkilib.

143173114317331431734

 

 

Sizə yeni x var
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum