Modern.az

Yağış yağır, dənizdə dalğanın hündürlüyü 4 metrə çatır - Faktiki hava

Yağış yağır, dənizdə dalğanın hündürlüyü 4 metrə çatır - Faktiki hava

Aktual

28 Aprel 2025, 15:58

Aprelin 28-i saat 15:00-a olan faktiki hava açıqlnaıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Belə ki, Gədəbəy, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Xaltan, Yardımlı, Lerik, Lənkəran və Astarada arabir şimşək çaxır, yağış yağır.

Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Şirvanda 19, Beyləqanda 18, Culfa 17, Şahdağda 16 m/s-yə çatır.

Dənizdə dalğanın hündürlüyü 3.7 m-dir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU