Modern.az

Pezeşkian Şəhidlər xiyabanında - FOTO

Pezeşkian Şəhidlər xiyabanında - FOTO

Aktual

28 Aprel 2025, 17:51

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.

Modern.az xəbər verir ki, Məsud Pezeşkian Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi