Modern.az

Deputat 65 yaşı tamam olan həkimlərin işdən çıxarılmasına ETİRAZ ETDİ

Deputat 65 yaşı tamam olan həkimlərin işdən çıxarılmasına ETİRAZ ETDİ

Aktual

29 Aprel 2025, 11:32

Azərbaycanda 65 yaş həddinə çatan tibb işçilərinin əmək müqaviləsinin bir ilədək uzadılması təklif olunur.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva qurumun bugünkü iclasında deyib.

Onun sözlərinə görə, tibb işçiləri pensiya yaşına çatdıqda əmək müqaviləsinə xitam verilir:  

"Onların içərisində peşəkar və təcrübəsinə ehtiyac olan şəxslər də var. Əslində ehtiyac olduğu təqdirdə üç ay müqavilə uzadıla bilir. Amma bu müddət çox qısadır. Mən həmin müddətin altı ay və ya bir ilə qədər uzadılmasını təklif edirəm. Bu tibb işçilərinin öz peşəsinə daha da bağlanmasına kömək edə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Netanyahunun evini VURDU