Modern.az

Sərxoş halda avtobus idarə edən şəxs həbs olundu - VİDEO

Sərxoş halda avtobus idarə edən şəxs həbs olundu - VİDEO

Aktual

1 May 2025, 11:54

Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Quba yolunun Abşeron rayonu ərazisində yerləşən stasionar postunda “Mercedes Sprinter” markalı avtomobillə “Saxla” işarəsi verilsə də, sürücü - Beyləqan rayon sakini Kənan Mirzəli tabesizlik göstərərək hərəkətini davam etdirib.

Modern.az xəbər verir ki, məsuliyyətdən yayınmaq məqsədilə qarşıdakı postlarda da təhlükəli manevrlər edərək polisin qanuni tələblərinə məhəl qoymayan Kənan Mirzəli görülən tədbirlər nəticəsində saxlanılıb.

Araşdırması zamanı avtomobili hüquqsuz və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğunda Kənan Mirzəli məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı