Modern.az

Diplomatların maaşı ilə əlaqədar təkliflər hazırlanacaq

Diplomatların maaşı ilə əlaqədar təkliflər hazırlanacaq

Aktual

5 May 2025, 16:38

Diplomatik xidmət əməkdaşlarının vəzifə maaşının yeni məbləği ilə əlaqədar təkliflər hazırlanacaq.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşına əlavələr, eləcə də həmin əməkdaşların digər təminatları ilə əlaqədar təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi