Modern.az

Onların orta maaşı 2209 manatdır - RƏSMİ

Onların orta maaşı 2209 manatdır - RƏSMİ

Aktual

15 May 2025, 13:22

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 962 manat təşkil edib.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 632 manat, özəl sektorda isə 2 209 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12%, o cümlədən dövlət sektorunda 13%, özəl sektorda isə 11 % artıb.

Aprelin 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,8 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 3% çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi