Modern.az

Sabah İlyas İsmayılovun partiyasına yeni sədr SEÇİLƏCƏK

Sabah İlyas İsmayılovun partiyasına yeni sədr SEÇİLƏCƏK

Aktual

16 May 2025, 21:31

Sabah - mayın 17-də Ədalət Partiyasının növbəti IX Qurultayı keçiriləcək.

Modern.az-ın məlumatına görə, bu barədə partiyanın sədr müavini Mütəllim Rəhimov bildirib.

Onun sözlərinə görə, bu, mərhum İlyas İsmayılovun vəfatından sonra Ədalət Partiyasının ilk qurultayı olacaq.

"Qurultaya hazırlıq işləri artıq başa çatıb. 56 rayon təşkilatından 54-ü qurultaya nümayəndələrini seçib və protokoldan çıxarışları təqdim edib.

Hazırlıq işlərinin yerinə yetirilməsində Təşkilat Komitəsinin, eləcə də partiyanın fəal və təmənnasız üzvlərinin xidmətləri alqışa layiqdir. Hər kəs bacardığından da artıq işlədi.

Sabah isə Qurultay seçkili orqanların hesabatlarını dinləyəcək və qiymətləndirəcək. Eyni zamanda Ədalət Partiyasının sədrini, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvlərini və Ali Məclisin üzvlərinin 1/3-ni seçəcək", - M.Rəhimov qeyd edib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu