Modern.az

Gürcüstan Azərbaycandan tranzit haqqı alacaq

Gürcüstan Azərbaycandan tranzit haqqı alacaq

Dünya

8 Yanvar 2026, 19:40

Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq.

Modern.az xəbər verir ki, bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib.

Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq.

“Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları “Mega Trade” və “Shisha World” şirkətləridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib