Modern.az

Ermənistan və Azərbaycan siyasətçiləri görüşdülər - FOTO

Ermənistan və Azərbaycan siyasətçiləri görüşdülər - FOTO

Aktual

6 İyun 2025, 17:57

Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan siyasi  partiyalarının iştirakı ilə "Qarabağ müzakirəsi" keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev sosial şəbəkədə məlumat yayıb.

Razi Nurullayevlə yanaşı, görüşdə Müsavat Partiyasının Məclis sədri Arif Hacılı da iştirak edib.

Ermənistanı müxalifət olan "İşıqlı Ermənistan" partiyasının sədri Edmon Marukyan və hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Culhakyan təmsil edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi