Modern.az

Qırıcılarımızın hazır vəziyyətə gətirilməsi ilə bağlı xəbər YALANDIR!

Qırıcılarımızın hazır vəziyyətə gətirilməsi ilə bağlı xəbər YALANDIR!

Aktual

13 İyun 2025, 12:50

Bəzi erməni və rus teleqram kanallarında Azərbaycanla bağlı növbəti feyk məlumat yayılıb.

Modern.az “qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən saxta məlumatda Azərbaycanın İran raketləri və kamikadze PUA-larının mümkün hücumunu dəf etmək üçün öz qırıcı təyyarələrini hazır vəziyyətə gətirdiyi bildirilib.

İsrail və İran münasibətlərinin gərginləşdiyi bir zamanda heç bir reallığı əks etdirməyən bu saxta məlumatların yayılması onu deməyə əsas verir ki, bütün bunlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.

Qeyd edək ki, rəsmi Bakı İsrail-İran qarşıdurması ilə bağlı bəyanat yayaraq hərbi əməliyyatlardan ciddi şəkildə narahat olduğunu bəyan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur