Modern.az

Yanan binanın sakinlərinə təzminat ayrıldı

Yanan binanın sakinlərinə təzminat ayrıldı

Aktual

15 Dekabr 2025, 18:36

Noyabrın 21-də yanğın baş vermiş Yasamal rayonu Mirəli Seyidov 19A ünvanında yerləşən binaya suyun verilişi bərpa edilib.

 

Modern.az xəbər verir ki, bu barədə həmin binada yaşayan jurnalist Heydər Mirzə məlumat yayıb.

 

O bildirib ki, dekabrın 16-da binanın 11-17-ci mərtəbələrinə elektrik verilişi bərpa ediləcək.

 

H.Mirzə əlavə edib ki, Nazirlər Kabinetinin 3 dekabr tarixli Sərəncamı ilə bina sakinlərinə təzminat ayrılıb. O, yaxın günlərdə sakinlərin kompensasiyalarını bankdan götürə biləcəyini qeyd edib.

 

Kompensasiya alacaq şəxslərin sayı 96-dır.

 

Bundan başqa, binaya dəyən ümumi zərərin hesablanmasını əks edən akt lisenziyalı şirkət tərəfindən artıq tərtib olunub, Baş Prokurorluğa və vəkillərə təqdim edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək