Modern.az

Leysan, dolu yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Leysan, dolu yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Aktual

13 İyun 2025, 13:12

İyunun 14-ü gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Modern.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildiirlib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur