Modern.az

Azərbaycanda yay turizm mövsümünə start verildi

Azərbaycanda yay turizm mövsümünə start verildi

Aktual

13 İyun 2025, 14:38

Azərbaycanda yay turizm mövsümünə start verilib

Modern.az xəbər verir ki, Dövlət Turizm Agentliyi və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay turizm mövsümünün açılışı münasibətilə media nümayəndələri üçün “Şahdağ”a mediatur təşkil edilib.

Mediaturun məqsədi yay turizminin inkişafı və təbliğinə dəstək vermək, Dövlət Turizm Agentliyi tərəfindən bu istiqamətdə görülən işləri, ölkənin mövcud turizm destinasiyalarını və göstərilən xidmətləri ictimaiyyətə tanıtmaqdan ibarətdir.

Tədbir çərçivəsində iştirakçılara “Şahdağ” Turizm Mərkəzində həyata keçirilən infrastruktur yenilikləri və ziyarətçilər üçün yaradılan yeni imkanlar barədə məlumat verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur