Modern.az

4 min nəfərdən artıq Azərbaycan vətəndaşı Ukraynada təhsil alır - Səfir

4 min nəfərdən artıq Azərbaycan vətəndaşı Ukraynada təhsil alır - Səfir

Aktual

15 İyun 2025, 13:34

"Bu gün 4 min nəfərdən artıq Azərbaycan vətəndaşı Ukraynada təhsil alır. Ölkəmiz uzun illərdir ki, Azərbaycan Ukrayna universitetlərini seçən ölkələr arasında 4-cü yeri tutur".

Modern.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev "Ukraynada təhsil" adlı sərgi və konfransı zamanı çıxışında deyib.

O bildirib ki, ölkəsinin ali təhsil müəssisələrinin təmsil olunduğu bu tədbir iki ölkə arasında elm və təhsil sahəsində mövcud tərəfdaşlığın möhkəmlənməsi yolunda mühüm addımdır.

"Bu rəqəm Ukrayna universitetlərinə və təhsil sistemimizin keyfiyyətinə, əlçatanlığına və beynəlxalq tanınmasına olan yüksək etimadın bariz nümunəsidir. Ukrayna uzun illərdir ki, Azərbaycan gəncləri üçün ən çox seçilən təhsil istiqamətlərindən biri olaraq qalır — biz bu seçimi dəyərləndiririk. Ölkələrimizin gələcəyi məhz elm və təhsil sahəsində bu gündən formalaşır. Biz akademik mübadilənin, ikili diplom proqramlarının, birgə elmi layihələrin və tələbə mobilliyinin genişləndirilməsində xüsusilə maraqlıyıq. Ukrayna universitetləri artıq "Erasmus+" proqramında fəal iştirak edir, çevik tədris formatları təklif edir və müasir tədris yanaşmalarını tətbiq edirlər. Biz daha çox Azərbaycanlı abituriyentin Ukraynada əyani, tam və keyfiyyətli təhsilə qatılmasını arzulayırıq. Çünki məhz əyani təhsil mədəniyyətə yaxından bələd olmağa, akademik inkişaf və həqiqi insan əlaqələri qurmağa ən gözəl şərait yaradır. Ukrayna bütün dünyadan istedadlı gənclər üçün açıq olaraq qalır. Biz hər bir tələbənin öz potensialını reallaşdıra biləcəyi, qlobal akademik məkanın bir hissəsinə çevrilə biləcəyi təhlükəsiz, dostyana və innovativ təhsil mühiti yaradırıq. Bu günkü tədbir təhsil sahəsində birbaşa əlaqələr qurmağa, təhsil proqramları barədə daha ətraflı məlumat almağa və əməkdaşlıq üçün yeni imkanların yaradılmasına xidmət edir. Fürsətdən istifadə edib, Ukrayna ilə Azərbaycan arasında yeni əməkdaşlıq üfüqləri arzulayıram".

Səfir həmçinin, ölkəsinin Azərbaycanla bütün sahələrdə olduğu kimi təhsil sektorunda əlaqələrin daha da möhkəmlənməsində maraqlı olduğunu söyləyib.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU