Modern.az

Kooperasiya Universitetində "Məzun günü"  -FOTOLAR

Kooperasiya Universitetində "Məzun günü"  -FOTOLAR

Aktual

17 İyun 2025, 16:20

Bu gün Azərbaycan Kooperasiya Universitetində "Məzun günü" ilə bağlı konsert təşkil olunub.

Modern.az xəbər verir ki, iyunun 17-də təşkil olunan mərasimdə müxtəlif nominasiyalar üzrə mükafatlandırma, eləcə də müəllimlərin, valideynlərin və məzun tələbələrin çıxışları ilə baş tutan konsert proqramı Azərbaycan Kooperasiya Universitetinin həyətində keçirilib.

 

Tədbiri universitetin Tədris işləri üzrə prorektoru, iqtisad elmləri doktoru Fikrət Quliyev açıq elan edib. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Artıq ənənə halını almış və hər tədris ilinin yekununda keçirilən sorğular vasitəsilə tədris ilini uğurla başa vurmuş struktur bölmə rəhbərləri, akademik bacarıqları yüksək olan müəllimlər və eləcə də tələbələr "İlin dekanı, "İlin şöbə müdiri", "İlin kafedra müdiri", "İlin müəllimi" və "İlin tələbəsi" nominasiyaları üzrə qaliblər müəyyənləşdirilir.

 

Universitetdə professor-müəllim heyəti arasında sağlam rəqabət mühitinin gücləndirilməsi və tələbələrin mənəvi cəhətdən stimullaşdırılması üçün 2024/2025-ci tədris ilində müəyyən edilmiş qaliblərə mükafatlar təqdim olunub.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı