Modern.az

Meyiti tapılan yeniyetmənin FOTOSU

Meyiti tapılan yeniyetmənin FOTOSU

Aktual

19 İyun 2025, 10:22

Ötən gün Gəncə şəhərində yeniyetmə oğlanın meyiti tapılıb. Hadisə şəhərin “Mahrasa bağları” adlanan ərazisində qeydə alınıb.

2010-cu il təvəllüdlü Ümid Niftəliyevin meyitini qardaşı avtomobil təmiri sexində aşkar edib. Yeniyetmənin hansı səbəbdən və hansı şəraitdə ölməsi hələlik məlum deyil.

Modern.az "qafqazinfo"ya istinadən xəbər verir ki, dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.

Onun təmir sexində qardaşının yanında usta köməkçisi kimi işlədiyi və orada müəmmalı şəraitdə öldüyü bildirilib.

Hadisə ilə bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu