Modern.az

Coğrafiya müəllimi sertifikasiyada 60 bal topladı

Coğrafiya müəllimi sertifikasiyada 60 bal topladı

Təhsil

19 İyun 2025, 13:58

Təhsilverənlərin bu gün keçirilən sertifikatlaşdırma prosesində Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə maksimum (60 bal) nəticə qeydə alınıb.

Modern.az xəbər verir ki, Masallı şəhər 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Azad Mustafayev sertifikasiya imtahanının test mərhələsindən 60 bal toplayıb.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günündə - iyunun 19-da coğrafiya və ibtidai sinif müəllimləri iştirak edirlər.

Bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər müəllim dəvət olunub.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)