İyunun 18-də Ankaradakı "Qazi Ordu Evi"ndə Azərbaycanın Türkiyədəki Səfirliyi və onun nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü qeyd olundu.
Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayan və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin aparıcılığı ilə keçən tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Quru Qoşunları Komandanı General Salcuq Bayraktaroğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu və nazir müavini Şuay Alpay, həmçinin beynəlxalq təşkilatların rəsmiləri, ictimaiyyət, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşesi, general-mayor Zaur Zeynalov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlığın sarsılmazlığını qeyd edib. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər çıxışında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü münasibəti ilə təbriklərinin çatdırıaraq iki qardaş ölkə arasındakı birlik və həmrəylikdən danışıb.
Hərbi attaşelərin iştirakı ilə baş tutan tort kəsilmə mərasimi də tədbir iştirakçılarında xoş duyğular yaradıb.
Çıxışlardan sonra tədbir bədii proqramla davam edib.
Hikmət Xudiyev,
Ankara