“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə 22 iyun tarixində əlavə qatar reysləri təyin edib.
ADY-dən Modern.az-a verilən məlumata görə, əlavə reyslər qeyd olunan marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə təyin edilib.
Qeyd edək ki, sərnişinlər hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilər.