Rusiya prezidenti Vladimir Putin deyib ki, o, İranın ali lideri ayətulla Əli Xameneinin devrilməsinə Kremlin necə cavab verəcəyini müzakirə etmək belə istəmir.
Modern.az xəbər verir ki, Putin bununla bağlı jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin bildirib ki, İran Rusiyanın hava hücumundan müdafiə sistemi yaratmaq təklifinə maraq göstərməyib. “Bu, raketdən müdafiə sistemlərinin yerli tədarükü ilə məhdudlaşıb”.
Vladimir Putin deyib ki, İran indi cəmiyyəti ölkənin siyasi rəhbərliyi ətrafında birləşdirir.
Onun sözlərinə görə, Moskva İran ətrafındakı vəziyyətdən mümkün çıxış yolu təklif edib, lakin qərar Tehran və Təl-Əvivdən asılıdır.
Putin həmçinin bildirib ki, İranın yeraltı nüvə obyektləri hələ də mövcuddur, onlara heç nə olmayıb.
Rusiya prezidenti əlavə edib ki, “bütün tərəfləri qane edəcək həll yolu” tapmaq olar.
O, Rusiyanın "İranın dinc nüvə enerjisində maraqlarını təmin etmək və eyni zamanda İsrailin öz təhlükəsizliyi ilə bağlı narahatlığını azaltmaq" üçün iştirakını təklif edib.
Rusiya lideri bu həll yolunu hər iki tərəfə, eləcə də ABŞ-a təklif etdiyini də qeyd edib.
Putinin sözlərinə görə, Rusiya İsraillə razılığa gəlib ki, İranda atom elektrik stansiyaları tikən ruslara “atəş açmayacaqlar”.
“Bizim İranla çox yaxşı münasibətlərimiz var”, o əlavə edib.