Modern.az

BMT-də bu quruma sədrlik Azərbaycana keçdi

BMT-də bu quruma sədrlik Azərbaycana keçdi

Aktual

24 İyun 2025, 14:26

İyunun 24-də BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi (Committee of the Permanent Representatives - UNEP CPR) çərçivəsində Azərbaycan ilk dəfə UNEP CPR Bürosunun sədri vəzifəsinə seçilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a bildirilib ki, ölkəmizin CPR Bürosuna Sədrliyi 2025-2027-ci illəri əhatə edəcək.

UNEP CPR ətraf mühitlə bağlı məsələlər üzrə beynəlxalq müstəvidə prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu BMT-nin Ətraf Mühit Assambleyasının daimi fəaliyyət göstərən əsas orqanıdır. CPR Bürosu Assambleyanın qlobal ekoloji siyasət və normalar üzrə qərarlarının hazırlanmasında bir sıra mühüm funksiyaları yerinə yetirir.

Büroda Azərbaycan sədrliyini ölkəmizin Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev təmsil edəcək.

Qeyd edək ki, 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişmələri sahəsində mübarizədə qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik şəkildə inkişaf edir.

Azərbaycanın sədr olaraq seçilməsi, eləcə də UNEP-in 2026-cı ildə keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü”nə (WED2026) ev sahibi kimi təsdiqlənməsi bu əməkdaşlığın perspektivlərini nümayiş etdirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!