Modern.az

Paşinyanın arvadı Türkiyədə 100 min dollara dincəlib

Paşinyanın arvadı Türkiyədə 100 min dollara dincəlib

Aktual

26 İyun 2025, 08:42

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan iyunun 19-dan 22-dək Antalyanın ən dəbdəbəli Titanic Mardan Palace otelində istirahət edib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin OdaTv saytı məlumat yayıb.

Bildirilir ki, Akopyan qeyd olunan günlər üçün ümumilikdə 100 min dollar xərcləyib. Bu xərclərə həmçinin şəxsi yoqa dərsləri, yaxta icarəsi və s. daxildir.

Bu dəbdəbəli otelin tanınmış azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən tikildiyi və hazırda otelin başqa şəxsə məxsus olduğu məlumdur.

Sizə yeni x var
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu